“Camaatın pulunu lombardlardan götürüb qaçan...“   - Xalq artisti

saytların hazırlanması

Evə çatdırılma

“Camaatın pulunu lombardlardan götürüb qaçan...“ - Xalq artisti

Şou

23 Noyabr 2021 14:53 1723


“Zeynəb Xanlarovanı heç kim gözdən sala bilməz. O, Allahın vergisidir. İstədilər nəsə etsinlər, amma istəkləri ürəklərində qaldı. O qadına şər atdılar, guya ki, uşaq pulunun kəsilməsində birbaşa onun əli var. Elə şeylər olmayıb. Amma Zeynəb Xanlarova özünə artıq saydı, sığışdırmadı, çıxıb desin ki, bunların hamısı yalandır. Necə ki, mənim adımdan yalandan çox sözləri yazmışdılar”.

Yenisabah.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Xalq artisti Afaq Bəşirqızı bildirib.

O, sənət adamlarına qara yaxan insanlardan söz açıb. pizza sifarişi

“Bütün bu hallar düşmən təxribatı idi. Düşmənə işləyən ünsürlər, quyruqlar, alçaqlar idi. Camaatın pulunu lombardlardan götürüb qaçan biqeyrətlər idi. Sonra da haqdan-ədalətdən danışırdılar. Yalansa Haqq sizin belinizdən vursun. Bizə qələbə, qələbə, yenə də qələbə yaraşır. Bu olmasa nə o dünyada, nə də bu dünyada mənim yerim yoxdur”, - deyə sənətkar bildirib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!