Əməkdar artist Gülüstan Əliyeva el şənlikləri və tədbirlərə cangüdənlərlə gələn sənətçiləri məsxərəyə qoyub.
Yenisabah.az xəbər verir ki, bu haqda ARB telekanalında yayımlanan “Show news” verilişinə danışan xanım sənətçi belə ifaçıları “müğənnicik” adlandırıb: “Yanında cangüdənlərlə gəzən "müğənnicikləri" indi sayan yoxdur. Ona görə də indi sənətinlə yadda qalmalı, sevilməlisən. İndi sənətə maşını, cangüdəni ilə gəlirlər və gündəm olduqlarını düşünürlər. Yazıqlarda belə düşüncə formalaşıb. Sənətin olmasa, heç kimə maraqlı deyilsən. Elə yazıq müğənnilər bir ay efirə çıxmasalar bilirlər ki, unudulacaqlar. Dişim ağrıyır, anam öldü, xəstəyəm kimi hallarla sənətdə alver etmək olmaz".
O, tanınmışlara söz atıb, gündəmə gəlməyin dəb aldığını deyib: “"Əvvəl kimsə haqqımda nəsə deyəndə, mənə söz atanda əsəbiləşirdim, indi boş verirəm. Reaksiya vermək qarşı tərəfə şərəf olur. Özünü önəmsəyir. Daha çox tanınmışlara söz atıb gündəmə gəlmək istəyirlər. Mənimlə də qalmaqal etmək istəyənlər çox olub, ad çəkmək istəmirəm. Reklam olar onlar üçün”. pizza mizza
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız