Canlı yayımda nazirin beyninə qan sızdı – Verilişdə təlaşlı anlar

saytların hazırlanması

Evə çatdırılma

Canlı yayımda nazirin beyninə qan sızdı – Verilişdə təlaşlı anlar

Dünya

07 Avqust 2025 16:02 310


Serbiyada ictimaiyyətin narahatlığına səbəb olan gözlənilməz hadisə baş verib. Belə ki, ölkənin İctimai Yatırımlar naziri Darko Qlişiç iştirak etdiyi televiziya proqramında canlı yayım zamanı qəfildən özünü pis hiss edib və yerə yıxılıb.

Yenisabah.az xəbər verir ki, verilişin efirdə olduğu anlarda baş verən hadisə tamaşaçılar və proqram heyəti tərəfindən böyük təlaşla qarşılanıb. Dərhal studiyaya tibbi yardım çağırılıb. Nazir təcili şəkildə xəstəxanaya aparılıb.

Həkimlərin ilkin diaqnozuna görə, Darko Qlişiç beyin qanaması keçirib. Hazırda onun vəziyyəti həkimlərin nəzarəti altındadır, vəziyyətinin ağır olduğu bildirilir. Tibbi personal yaxın saatlarda onun səhhəti ilə bağlı əlavə məlumat verəcəyini açıqlayıb. Dominos pizza

Qeyd edək ki, Darko Qlişiç Serbiya hökumətində mühüm vəzifə daşıyan şəxslərdən biridir və ölkədə bir çox iri infrastruktur layihələrinin həyata keçirilməsində əsas fiqurlardan hesab olunur.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!