Canni De Byazi ilə bağlı son qərar 

saytların hazırlanması

Evə çatdırılma

Canni De Byazi ilə bağlı son qərar 

İdman

13 Aprel 2023 13:17 877


Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi postunda qalacaq. 

Yenisabah.az "Report"a istinadən xəbər verir ki, bu barədə qurumun İcraiyyə Komitəsinin üzvü Zaur Axundov məlumat verib. 

O bildirib ki, italiyalı mütəxəssisin hesabatı dinlənildikdən sonra baş məşqçinin vəzifəsində saxlanılması barədə qərar qəbul olunub.  Marqarita pizza

Qeyd edək ki, bu gün AFFA İcraiyyə Komitəsinin (İK) növbəti iclası keçirilib. İclasda Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi AVRO-2024-ün ilk iki oyunu ilə bağlı hesabat verib. O, yığıncağı İK üzvlərindən bir saat əvvəl tərk edib. 

Xatırıladaq ki, Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində Avstriyaya 1:4, İsveçə 0:5 hesabı ilə uduzub. Bundan sonra baş məşqçi tənqidlərə məruz qalıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!