Canni de Byazi: “İrlandiyaya həyatı çətinləşdirə bilərik”

saytların hazırlanması

Evə çatdırılma

Canni de Byazi: “İrlandiyaya həyatı çətinləşdirə bilərik”

İdman

07 Oktyabr 2021 10:59 886


“İrlandiyaya qarşı səfər oyununda heç-heçə ən ədalətli nəticə idi. Lakin qolu sona yaxın buraxmaq xoş olmadı”.

Yenisabah.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi İrlandiyanın “İndependent” nəşrinə açıqlaması zamanı söyləyib.

Ötən ay səfərdə 1:1 hesablı nəticənin ədalətli olduğunu düşünən italiyalı mütəxəssis İrlandiya ilə Bakıda baş tutacaq qarşılaşma barədə də fikirlərini bölüşüb. Pepperoni pizza

O, müqaviləsinin başa çatmaq üzrə olması ilə bağlı sualı cavablandırarkən, hazırda yalnız qarşıdakı görüşə kökləndiyini də vurğulayıb:

“Bütün fikrimi İrlandiya ilə oyuna yönəltdiyimdən, gələcəklə bağlı hər şeyi geri plana atmışam. Oyunda intensivlik, ürək və təşkilatlanmış iş ortaya qoysaq, İrlandiyaya həyatı çətinləşdirə bilərik. İrlandiya keyfiyyətli gənc oyunçuları olan yaxşı komandadır. Əksər futbolçuları İngiltərə Premyer Liqasında çıxış edir. Buna görə də bizim üçün hər zaman böyük diqqətlə qarşılanacaq rəqibdir”.

Qeyd edək ki, oktyabrın 9-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan-İrlandiya matçı saat 20:00-da başlayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!