Canni De Byazi “Qarabağ”ın 10 futbolçusunu milliyə dəvət etdi

saytların hazırlanması

Evə çatdırılma

Canni De Byazi “Qarabağ”ın 10 futbolçusunu milliyə dəvət etdi

İdman

13 Mart 2021 23:19 1052


Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi qarşıdakı oyunlar üçün “Qarabağ”ın 10 futbolçusuna dəvət göndərib.

Yenisabah.az xəbər verir ki, bunlar Şahruddin Məhəmmədəliyev, Emil Balayev, Maksim Medvedev, Qara Qarayev, Bədavi Hüseynov, Mahir Emreli, Abbas Hüseynov, İsmayıl İbrahimli, Elvin Cəfərquliyev və Toral Bayramovdur. Cəfərquliyev və Bayramov əsas yığmaya ilk dəfə çağırılıblar.

Qeyd edək ki, Azərbaycan millisi martın 24-də İtaliyanın Turin şəhərində Portuqaliya, martın 30-da Bakı Olimpiya Stadionunda Serbiya ilə DÇ-2022-nin seçmə mərhələsinin oyununda, martın 27-də isə Macarıstanın Debretsen şəhərində Qətərlə yoldaşlıq görüşündə üz-üzə gələcək. /Report Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!