Meksikanın Tamaulipas əyalətində 2010-cu ildən bəri gərginlik yaşayan Şimal-Şərq Karteli ilə Körfəz Karteli arasında ötən gün qarşıdurma baş verib.
Yenisabah.az xəbər verir ki, qarşıdurma 9 nəfərin ölümü ilə nəticələnib.
Məlumata görə, münaqişədən sonra cəsədlər “Monterrey Tamaulipas” magistral yolundan uzun müddət götürülməyib. Yoldan keçən sürücülər isə hadisəni anbaan lentə alıb. İstintaq başladılsa da, hələlik cəsədlərin hansı kartelə aid olduğu məlum deyil. pizza hut
Telegram kanalımız