Çarter reysi ilə 157 nəfər Ankaradan Bakıya gətirildi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Çarter reysi ilə 157 nəfər Ankaradan Bakıya gətirildi - Fotolar

Siyasət

17 Mart 2020 16:55 1053


Azərbaycanın Milli aviadaşıyıcısı hökumətin tapşırığı ilə Türkiyə ərazisindən Azərbaycan vətəndaşlarının gətirilməsi üçün martın 17-də Bakı-Ankara-Bakı istiqaməti üzrə çarter reysi yerinə yetirib.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən "Yeni Sabah"a daxil olan məlumata görə, bu reys ilə 157 nəfər Azərbaycan vətəndaşı vətənə qaytarılıb.

Xatırladaq ki, bu artıq Türkiyədən yerinə yetirilən üçüncü çarter reysidir – daha əvvəl 15 və 16 mart tarixlərində İstanbuldan Bakıya 711 nəfər Azərbaycan vətəndaşı gətirilmişdir. Pepperoni pizza

Azərbaycanın Milli aviadaşıyıcısı həmyerlilərimizin vətənə qaytarılması üçün çarter reyslərini yerinə yetirməyə davam edəcək.

Qeyd edək ki, vətənə qayıtmaq istəyən Azərbaycan vətəndaşları hal-hazırda olduqları yer üzrə səfirliklər və ya konsulluqlara müraciət etməlidirlər.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!