CAS “Trabzonspor”un şikayətini qəbul etmədi

saytların hazırlanması

Evə çatdırılma

CAS “Trabzonspor”un şikayətini qəbul etmədi

İdman

30 İyul 2020 22:43 806


İdman Arbitraj Məhkəməsi (CAS) Türkiyənin “Trabzonspor” klubunun avrokuboklardan kənarlaşdırılmaqla bağlı şikayətinə baxıb.

Yenisabah.az xəbər verir ki, CAS Super Liqa təmsilçisinin etirazını əsassız sayaraq, UEFA-nın 1 illik cəza barədə qərarını qüvvədə saxlayıb.

Məhkəmənin açıqlamasında bildirilir ki, “Trabzonspor”un maliyyə feyr-pleyi qaydalarına əməl etməməyi təsdiqlənib: “Tərəflərin yazılı əsasları və dəlillərini nəzərdən keçirdikdə, “Trabzonspor”un 2019-cu il üçün maliyyə öhdəlikləri yerinə yetirmədiyi aşkarlanıb. Buna görə də klubun etirazı rədd edilib”. Marqarita pizza

UEFA-nın qərarı qüvvədə qaldığı üçün 2020/21 mövsümündə Çempionlar Liqasında Super Liqanın gümüş mükafatçısı olan Trabzon təmsilçisi deyil, gözlənildiyi kimi bürünc qazanan “Beşiktaş” oynayacaq. 

Lakin “Trabzonspor” cəzasını qəbul etmək niyyətində deyil. Türkiyə klubu CAS-ın ardından İsveçrə Federal Məhkəməsinə şikayət etməyə qərar verib.

Qeyd edək ki, Türkiyəni Çempionlar Liqasında “Başakşəhər” və “Beşiktaş”, Avropa Liqasında “Sivasspor”, “Alanyaspor” və “Qalatasaray” təmsil edəcək.  /Apasport


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!