“Cavabımız dağıdıcı olacaq“ - İranın kəşfiyyat naziri

saytların hazırlanması

Evə çatdırılma

“Cavabımız dağıdıcı olacaq“ - İranın kəşfiyyat naziri

Dünya

24 Sentyabr 2021 17:30 46589


"Ölkənin təhlükəsizliyi pozulacağı təqdirdə İranın əks-inqilabçı ünsürlərə verəcəyi cavab dağıdıcı olacaq".

Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bunu İranın kəşfiyyat ("Ettelaat") naziri Seyyid İsmayıl Xətib bildirib.

Qərbi Azərbaycan vilayətinin Piranşəhr yaşayış məntəqəsinə səfəri zamanı o, bölgədəki bütün rejim əleyhdarı və terrorçu ünsürlər və onların tərəfdarlarına xəbərdarlıq edib: pizza sifarişi

"Onlar bilməlidirlər ki, İran İslam Respublikasının təhlükəsizliyinin pozulması halında cəzayla qarşılaşacaqlar".

"Ettelaat" rəhbəri İraq Kürdüstan bölgəsindən son vaxtlar İran ərazisinə silahlı həmlələr edildiyini bildirib və təcavüzkar hərəkətlərin adekvat cavabla üzləşəcəyinə dair xəbərdarlıq edib.

Kəşfiyyat naziri İraq Kürdüstanının muxtar hökumətini terrorçu ünsürləri bölgədən qovmağa və ya tərksilah etməyə çağırıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!