“Cavad Zərifdən izahat alınacaq” – Hökumət sözçüsü

saytların hazırlanması

Evə çatdırılma

“Cavad Zərifdən izahat alınacaq” – Hökumət sözçüsü

Dünya

27 Aprel 2021 12:50 1146


“Cavad Zərifin səsyazısı olan fayllar oğurlanıb”.

Yenisabah.az “IRNA”ya istinadla xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Əli Rəbii bildirib.

Onun sözlərinə görə, xarici işlər naziri Məhəmməd Cavad Zarifə aid audioyazı ilə bağlı hazırda təhqiqat gedir. “Onu neft dollarları ilə qurulan və İrana qarşı sanksiyaları dəstəkləyən bir telekanal yayımlayıb. Prezident Həsən Ruhani Kəşfiyyat Nazirliyinə faylları oğurlayanları müəyyənləşdirməyi tapşırıb”. pizza

Əli Rəbii əlavə edib: “Əlbəttə, Cavad Zərifin İrana dönməsini gözləyəcəyik və sui-istifadə edənlərlə əlaqədar lazımi izahatlar alacağıq. Çünki məlum müsahibə XİN-in Strateji Araşdırmalar Mərkəzinin himayəsi altında hökumətin 8 illik xarici siyasətini tarixi qeydə almaq üçün aparılıb. Bu fayllar oğurlanıb”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!