Əməkdar incəsənət xadimi Cavanşir Quliyev müğənnilərin mahnı ilə bağlı bəstəkardan icazə almasından söz açıb.
Yenisabah.az olay-a istinadla xəbər verir ki, o, “İncə səhər” verilişində deyib:
“Bir mövzuya qısaca toxunmaq istəyirəm. Hər hansı bəstəkarın mahnısını oxumaq üçün icazə almaq lazım deyil. Son zamanlar belə bir adət yaranıb ki, müğənnilər icazə istəyirlər. Nə icazə, qardaşım? Biz mahnını niyə yazırıq? Oxumaq üçün bəstələyirik. Kostyum deyil ki, deyim, kostyumumu geyinmək üçün icazə al. pizza sifarişi
Hər bir bəstəkar sevinər ki, onun mahnılarını oxuyurlar. Mahnı bunun üçün yazılır və oxuduqca yayılır. Bəstəkar özü-özünün düşməni deyil. Əgər ifasını bəyənməsə, müğənni tapacaq ki, bəlkə yenidən oxuyasan. Amma müğənni hansı mahnını istəyirsə, onu daha yaxşı oxuyacaq. Baxır, necə dəyişiklik etmək olar.
Bəzi rəhmətlik müğənnilər vaxtında deyirdilər ki, mənim mahnılarımı oxumasınlar, icazə alsınlar. Sanki mahnısı var... Mahnının müəllifləri bəstəkarla şairdir”.
Telegram kanalımız