Cavid Hüseynov bu klubda çalışacaq

saytların hazırlanması

Evə çatdırılma

Cavid Hüseynov bu klubda çalışacaq

İdman

01 İyul 2024 11:38 662


Bu il Azərbaycan çempionatının I Liqasına vəziqə qazanmış “Cəbrayıl” futbol klubunun baş məşqçisi Cavid Hüseynov tutduğu vəzifədən istefa verib. 

Yenisabah.az xəbər verir ki, bu barədə “Cəbrayıl” klubunun açıqlamasında bildirilib: 

“Baş məşqçimiz Cavid Hüseynov öz xahişi ilə komandamızla yollarını ayırıb. "Cəbrayıl" üçün böyk işlər görmüş məşqçi təcrübə toplamaq və karyerasında yeni səhifə açmaq üçün fəaliyyətini Premyer Liqada davam etdirəcək. Ona uğurlar arzulayır və qarşısına qoyduğu məqsədlərə tezliklə çatacağına inanırıq”, - deyə klubun açıqlamasında bildirilib.  Sezar pizza

Cavid Hüseynovun özü də istefası barədə danışıb. O, "Cəbrayıl” azarkeşlərinə müraciətində deyib: 

"Sizin də böyük dəstəyinizlə ötən mövsüm çətin mərhələləri geridə qoyaraq, I Liqaya vəsiqə qazandıq. “Cəbrayıl”la birlikdə qazandığımız uğurlardan sonra daha da irəli getmək, daha böyük təcrübəyə yiyələnmək, gələcəkdə Azərbaycan futboluna, doğma Cəbrayıla daha da uğurla xidmət etmək üçün bilik və bacarıqlarımı artırmaq vacibdir. Buna görə də, qarşıma çıxan hər bir şansdan yararlanmaq mütləqdir. İnanıram ki, öyrənmək kimi müqəddəs bir işin ardınca getmək məqsədilə doğma “Cəbrayıl” klubundan ayrılmağımı anlayışla qarşılayarsınız. İnşallah, gələcəkdə yenə də daha böyük bilik, təcrübə və dəstəklə sizin də sayənizdə sevimli klubumuzu layiq olduğu zirvələrə çatdıracağıq. Hər birinizə uğurlar arzulayır və “hələlik” deyirəm”.

Qeyd edək ki, Cavid Hüseynovun növbəti iş yeri “Turan Tovuz” klubu olacaq. O, burada ikinci məşqçi kimi çalışacaq. “Turan Tovuz” bu mövsüm rusiyalı baş məşqçi Qurban Berdiyevlə müqavilə imzalayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!