Cavid Hüseynov “Cəbrayıl”la 1 illik müqavilə imzaladı

saytların hazırlanması

Evə çatdırılma

Cavid Hüseynov “Cəbrayıl”la 1 illik müqavilə imzaladı

İdman

25 Avqust 2023 14:56 496


Yeni mövsümdə  2-ci liqada mübarizə aparacaq "Cəbrayıl" Cavid Hüseynovun rəhbərliyi altında çıxış edəcək. 

Yenisabah.az xəbər verir ki, 35 yaşlı mütəxəssislə 1 illik müqavilə bağlanılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Xatırladaq ki, Cavid Hüseynov 1988-ci ildə Cəbrayıl şəhərində anadan olub. Futbolçu kimi "Turan", "Neftçi", "Adana Demirspor", "Bakı", "Qəbələ", "Zirə" klublarında çıxış edib.  Marqarita pizza

2021-ci ildən "Cəbrayıl"da məşqçi karyerasına başlayıb. 2022/23 mövsümündə Premyerliqada "Şamaxı" klubuna rəhbərlik edib. 2022-ci ildə "Cəbrayıl" ilə Azərbaycan Region Liqasının qalibi olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!