Cavid Hüseynovla birlikdə qarşımıza böyük hədəflər qoymuşuq...

saytların hazırlanması

Evə çatdırılma

Cavid Hüseynovla birlikdə qarşımıza böyük hədəflər qoymuşuq...

İdman

17 İyul 2023 19:36 1087


Bu ildən 2-ci liqada çıxış etmək hüququ qazanmış "Cəbrayıl" üçün qarşımıza böyük hədəflər qoymuşuq. Agentlikdəki fəaliyyətimə görə rəsmi vəzifə tutmasam da, Cəbrayıla qayıdışın bir parçası olan bu böyük proyektdə müşavir kimi iştirak etmək böyük həyəcandır. 

Vaxtilə Avropa kuboklarında qrup mərhələsində sevimli "Qəbələ" ilə "Borussiya"ya, "Mainz"a, "Lill"ə və digər adlı sanlı rəqiblərə qarşı oyunlarda necə həyəcan vardısa, indi "Cəbrayıl"la 2-ci Liqada oynamaq, doğulub-böyüdüyüm şəhərin ilk peşəkar klubunda olmaq o qədər həyəcanlıdır. Ad fərqli olsa da, uşaq ikən Azərbaycan çempionatının 1-ci dəstəsindəki oyunlarına baxmaq üçün "jildom"dan stadiona qədər olan yolu necə həvəslə gedirdimsə, keçən il Region Liqasında komandamızı dəstəkləmək üçün Bakıdakı, rayonlardakı oyunlarda necə həvəslə azarkeşlik edirdimsə, bu gün də bu proyektə eyni həvəslə başlayıram.

Klubun yaradıcısı Cavid Hüseynovla birlikdə böyüdüyümüz şəhərin komandasını ölkə futbolunda öncül mövqelərə gətirmək fikrindəyik. Cavid Region Liqasında qələbə qazanarkən Cəbrayıl azarkeşlərinin necə dəstək verdiyini gördükdən sonra əmin oldum ki, rayonumuzun komandası ölkə futbolunda daha yuxarı liqalarda təmsil olunmaq prespektivinə malikdir və layiqdir. Rayon rəhbərliyinin, bu işdə həvəslə yardım etmək istəyən cəbrayıllı dostlarımızın dəstəyini gördükdən sonra 2-3 ilə "Cəbrayıl"ı peşəkar klub olaraq ən yaxşı şəkildə təmsil edəcəyimizə şübhəm qalmayıb. Cəbrayılın işğalı ilə 1-ci dəstədə yarımçıq qalmış işimizi azad Cəbrayılın təmsilçisi kimi yenidən böyük futbol səhnəsinə qayıtmaqla bərpa edirik. pizza

Qaldığımız yerdən, qaytardığımız yurddan işimizə davam... 

Səbuhi Səfiyarlı 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!