Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
"Yeni Sabah" xəbər verir ki, iclasda Premyer Liqanın XVII turunda baş verən qayda pozuntularına hüquqi qiymət verilib.
"Səbail" – "Qəbələ" oyununda "Qəbələ" klubunun 21 nömrəli futbolçusu Fernan Lopez ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunub.
"Neftçi" – "Keşlə" oyununda "Neftçi" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
"Zirə" – "Qarabağ" oyununun 67-ci dəqiqəsində "Zirə" klubunun 7 nömrəli futbolçusu Cavid Hüseynov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunub.
"Sumqayıt" – "Sabah" oyununda "Sabah" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Telegram kanalımız