Cavid Qurbanov məşqçilərlə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Cavid Qurbanov məşqçilərlə görüşdü

İdman

11 Yanvar 2024 18:31 784


Azərbaycan Atletika Federasiyasının (AAF) prezidenti Cavid Qurbanov məşqçilərlə görüş keçirib.

AAF-dan Yenisabah.az-a verilən məlumata görə, toplantıda qurumun baş katibi Məhərrəm Sultanzadə və İcraiyyə Komitəsinin üzvü Şəlalə Yaqubova da iştirak ediblər.

Görüşdə məşqçilərin təklifləri dinlənilib və müzakirə olunub. Qurumun rəhbərliyi milli komandanın baş məşqçisi Bəhruz Salehli, sprint üzrə məşqçi Tofiq Əliyev və dözümlülük üzrə məşqçi Sadıq Sadıqova uzun illər ərzində atletikamızın inkişafında göstərdikləri əvəzsiz xidmətlərə görə təşəkkürünü çatdırıb və qeyd olunub ki, bu mütəxəssislər məsləhətçi kimi fəaliyyətlərini davam etdirəcəklər Toyuqlu pizza

Sonda milli komandanın 2024-cü il üçün yeni məşqçi heyəti təqdim edilib:

Hakim İbrahimov - baş məşqçi

Nazim İsrafilov - ehtiyat üzrə baş məşqçi

Valentin Bulıçev - sprint üzrə böyük məşqçi

Ziyad Xəlfəyev - tullanmalar üzrə böyük məşqçi

Vüqar Ələsgərov - dözümlülük üzrə böyük məşqçi

Emil Şahtahtinski - atmalar üzrə böyük məşqçi

Anar Yusifov - regionlar üzrə böyük məşqçi

Rəhim Xəlilov - ehtiyat üzrə məşqçi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!