Cavid Süleymanlıya nazirlikdə yüksək vəzifə verildi - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Cavid Süleymanlıya nazirlikdə yüksək vəzifə verildi - FOTO

Siyasət

01 Avqust 2025 11:07 597


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində yeni təyinat olub.

 “Yeni Sabah” Qaynarinfo.az-a istinadən xəbər verir ki, iqtisad elmləri üzrə fəlsəfə doktoru Cavid Elxan oğlu Süleymanlı Agentliyin İqtisadi təhlil şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

 Qeyd edək ki, Cavid Süleymanlı bakalavr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Menecment ixtisası üzrə, magistratura təhsilini Türkiyənin Mərmərə Universitetində Beynəlxalq siyasi iqtisadiyyat üzrə, doktorantura təhsilini isə "2019-2023-cü illərdə Azərbaycanda ali təhsilin beynəlxalq rəqabətliliyini artırmaq üzrə Dövlət Proqramı" çərçivəsində Türkiyənin İstanbul Universitetində alıb və sözügedən Dövlət Proqramının ilk məzunu olmaqla 26 yaşında ölkənin ən gənc alimlərindən biri olub. Gənc alimin yüksək impakt faktorlu jurnallar olmaqla bir çox akademik məqaləsi mövcuddur. Elm sahəsində fəaliyyətinə görə 2023-cü ildə "İlin gənci" mükafatına layiq görülüb. Dominos pizza

 O əmək fəaliyyətinə 2019-cu ildə UNEC-də müəllim olaraq başlayıb. 2022-2024-cü illərdə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində məsləhətçi, baş məsləhətçi və sektor müdiri vəzifələrində çalışıb.

 2024-cü ilin iyun ayından etibarən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində baş mütəxəssis vəzifəsində çalışırdı.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!