Cavidan Mətanətə: “Bəzilərinin sənin qədər kişiliyi yoxdur”   - Video

saytların hazırlanması

Evə çatdırılma

Cavidan Mətanətə: “Bəzilərinin sənin qədər kişiliyi yoxdur” - Video

Şou

31 İyul 2024 16:48 792


Tanınmış teleaparıcı Mətanət Əliverdiyeva mərhum Xalq artisti Ramiz Novruzun oğlu Cavidan Novruz barədə açıqlaması ilə gündəmə gəlib. 

Yenisabah.az xəbər verir o, aparıcısı olduğu “Xəzər axşamı” verilişində C.Novruzun uğurlarından bəhs edərək onu təbrik edib: 

“Səhər gələndə Xəzər telekanalının həyətində Cavidan Novruzla qarşılaşdıq. Cavidan hazırda Rusiyada bir filmə çəkilir. Film həqiqətən ağırdır və Cavidan orada Ömər obrazını canlandırır. O, rusiyalı rejissorları öz işi ilə heyran etməyi bacarıb. Cavidan təkcə atasının adına görə deyil, həm də istedadına görə sevilir. Hər şey insanın öz əlindədir”.  pizza hut

C.Novruz da öz növbəsində sözügedən kadrları sosial şəbəkə hesabında paylaşaraq aparıcıya təşəkkür edib: 

“Deyirəm, görəsən, niyə bu sferada bəzilərinin sənin qədər kişiliyi mərdliyi yoxdur? Mən səni dünən, bu gün tanımamışam.  Hər şey üçün, bu addımın üçün, bu jestin üçün var ol! Bu sənətdə hər kəs sənin kimi olsaydı, inan Allaha ki, hər şey tam başqa olardı. Öpürəm dostum! 

O “mış-mış” paylaşımlara baxıb hər hansısa uğurları görüb gizlin keçənlər, bax, belə olmaq lazımdır! Mənə qarşı yox, ümumiyyətlə, sənət yoldaşlarınızın uğurlarına ən azından belə olmaq lazım idi!” 

Həmin görüntüləri təqdim edirik: 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!