Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu yenidən koronavirusa yoluxduğunu bildirib.
Yenisabah.az xəbər verir ki, bu barədə məlumatı Çavuşoğlu “Twitter” hesabında yazıb.
“Qazaxıstanda etdiyim testin nəticəsi müsbət çıxdıqdan sonra ehtiyat tədbiri olaraq qazaxıstanlı həmkarım ilə Muxtar Tileuberdi ilə görüşü videokonfrans vasitəsilə keçirdik”,- Çavuşoğlu deyib. pizza hut
Qeyd edək ki, M.Çavuşoğlu birinci dəfə fevralın 16-da koronavirusa yoluxmuşdu.
Telegram kanalımız