Çavuşoğlu: “MİT və “Mossad“ əməkdaşlıq edir“

saytların hazırlanması

Evə çatdırılma

Çavuşoğlu: “MİT və “Mossad“ əməkdaşlıq edir“

Rəsmi

23 İyun 2022 18:02 1180


"İsrail-Türkiyə kəşfiyyat xidmətləri sıx əməkdaşlıq edir".

Yenisabah.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Çavuşoğlu İsrail XİN-in rəhbəri Yair Lapidlə birgə mətbuat konfransında bildirib.

Y. Lapid bu gün Ankaraya gəlib.  Toyuqlu pizza

"İki ölkənin kəşfiyyat xidmətləri sıx əməkdaşlıq edir. Türkiyə torpaqlarında terror aktlarının törədilməsinə icazə vermirik və verməyəcəyik. Qarşı tərəfə lazımi mesajlar verilib", - deyə Çavuşoğlu vurğulayıb. 

Xatırladaq ki, bir müddət əvvəl İsrail rəsmiləri Türkiyəsə İran kəşfiyyatının "israilli ovu"na başladığını bildirmişdi. Y. Lapid ölkəsindən Türkiyəyə yollanmış turistlərin dərhal geri qayıtması barədə xəbərdarlıq mesajı yaymışdı.

Türk mənbələrinə görə bu ittihamla 8 nəfər həbs olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!