Çavuşoğlundan “Dostluq” ordeni ilə bağlı paylaşım - Foto

saytların hazırlanması

Evə çatdırılma

Çavuşoğlundan “Dostluq” ordeni ilə bağlı paylaşım - Foto

Siyasət

08 Fevral 2020 09:11 1017


Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Twitter” səhifəsində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Dostluq” ordeni ilə təltif olunması barədə paylaşım edib.

"Yeni Sabah" xəbər verir ki, Çavuşoğlu dövlət başçısı ilə birgə çəkilmiş fotosunu paylaşaraq yazıb:

“Cənab Prezident İlham Əliyevin əllərindən “Dostluq” ordeni almaqdan böyük şərəf və xoşbəxtlik duydum”. pizza

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 5-də Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Mövlud Çavuşoğlu Azərbaycan ilə Türkiyə arasında dostluq və qarşılıqlı əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə təltif edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!