Çayı keçmək istəyən futbolçu yoxa çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Çayı keçmək istəyən futbolçu yoxa çıxdı

İdman

07 Mart 2021 10:16 657


İspaniyanın "Vilyarreal" klubunun sabiq futbolçusu vətəni Franko Akosta Uruqvayda çayı keçməyə cəhd edərkən itkin düşüb.

Yenisabah.az-ın məlumatına görə, Uruqvay dənizçiləri və polisləri 25 yaşlı hücumçunun axtarışına başlayıblar.

Hadisə martın 6-da gündüz saatlarında baş verib. Akosta Kanelones departamentində qardaşı ilə çayı keçmək istəyərkən, yoxa çıxıb. Polisi məhz onun qardaşı məlumatlandırıb. Sezar pizza

Dənizdə xilasetmə və axtarış üzrə koordinasiya mərkəzi həmin əraziyə hərbçiləri və dəniz piyadalarını çıxarıb. Ölkənin Hərbi Dəniz Qüvvələri futbolçunu axtardıqlarını açıqlayıb. (Report)

Qeyd edək ki, Franko Akosta 2020-ci ilin yayından Uruqvayın "Atenas" komandasının formasını geyinir. Hazırda onun transfer məbləği 125 min avro qiymətləndirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!