Çayxanada mərc oyununun təşkil olunduğu aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Çayxanada mərc oyununun təşkil olunduğu aşkarlandı

Kriminal

02 Yanvar 2021 15:42 832


Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin olunması istiqamətində keçirilən növbəti tədbirlər zamanı rayonun Kolatan kəndində karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən çayxana aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, obyektə baxış keçirilən zaman orada həmçinin mərc oyununun təşkil olunduğu da müəyyən edilib.

Həmin obyektin sahibi A.Bayramov və 9 nəfər müştəri polis şöbəsinə dəvət olunaraq həmin şəxslərlərlə profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib. pizza hut

Həmin şəxslər barəsində toplanmış materiallar Astara Rayon Məhkəməsinə göndərilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!