UNİCEF-in xoşməramlı səfiri, məşhur aktrisa Priyanka Çopra koronavirusla mübarizə çərçivəsində tibb işçilərinə 20 min ayaqqabı və çəkələk hədiyyə edib.
Yenisabah.az xəbər verir ki, aktrisa bunun üçün məşhur ayaqqabı markası "Crocs" ilə əməkdaşlıq edib.
O, açıqlamasında bildirib ki, bu yardım Los-Ancelesdə yerləşən "Cedars Sinai" Xəstəxanasının işçiləri üçün nəzərdə tutulur. Bununla yanaşı aktrisa bildirib ki, ölkəsi Hindistanda da dövlət xəstəxanalarındakı tibb işçiləri üçün 10 min cüt ayaqqabı və çəkələk bağışlayacaq. Sezar pizza
Telegram kanalımız