Çe Gevaranı güllələyən hərbçi öldü

saytların hazırlanması

Evə çatdırılma

Çe Gevaranı güllələyən hərbçi öldü

Maraqlı

11 Mart 2022 10:07 554


Çe Gevaranı ələ keçirilməsi əməliyyatına başçılıq etmiş istefada olan general Qeri Prado 80 yaşlı Salasarın ölüm faktını təsdiqləyib.

Qeyd edək ki, Boliviya ordusunun istefada olan miçman Mario Teran Salasar 1941-ci il aprelin 9-da anadan olub. O, 1967-ci il oktyabrın 9-da çavuş olarkən Çe Gevaranı gülləyərək öldürüb.

1928-ci il iyunun 14-də Argentinanın Rosario şəhərində doğulmuş Çe Gevara Kuba inqilabının liderlərindən biri, Fidel Kastronun yaxın silahdaşı olub. Dominos pizza

1967-ci ildə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsini əməkdaşları ilə Boliviya hərbçilərinin birgə əməliyyatı nəticəsində Çe Gevara tutularaq Boliviyada güllələnib. O, Boliviyada bir qrup partizanla ölkədə inqilab hərəkatı təşkil etmək istəyirmiş.

Çenin basdırıldığı uzun illərboyu gizli saxlanılıb. Antropoloqlar 1997-ci ildə Boliviyanın Valeqran yaşayış məntəqəsində onun və döyüş yoldaşlarının meyitlərinin qalıqıları aşkar ediblər. Onun meyitinin qalıqları Boliviyadan Kubaya aparılaraq Santa-Klarada dəfn edilib.\Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!