Cəbəllütariqdə beynəlxalq şahmat festivalının “Masters” turnirinin dördüncü turunun oyunları keçirilir.
“Yeni Sabah” xəbər verir ki, turnirdə iştirak edən qrossmeysterlərimiz yarışı heç-heçə ilə başa vurublar. Şəhriyar Məmmədyarov argentinalı Leandro Krysa, Vasif Durarbəyli italiyalı Pier Luigi Basso ilə heç-heçə edib. Dörd turdan sonra V.Durarbəyli 3,5 xalla dördüncü, Ş.Məmmədyarov 3 xalla 12-ci pillədədir.
Qeyd edək ki, “Masters” turnirinə dünyanın müxtəlif ölkələrindən 241 şahmatçı qatılıb. pizza
Telegram kanalımız