“Cəbhə bölgəsində yaşayan insanlarda döyüş əzmi çox yüksəkdir” - Deputat

saytların hazırlanması

Evə çatdırılma

“Cəbhə bölgəsində yaşayan insanlarda döyüş əzmi çox yüksəkdir” - Deputat

Sosial

20 İyul 2020 12:25 854


"Tovuz rayonunda yaranmış mövcud vəziyyətlə bağlı deputat həmkarlarımla birlikdə Tovuz və Ağstafa rayonlarına olan səfərimiz başa çatdı. Səfər zamanı mövcud vəziyyətlə yaxından tanış olaraq şəhid ailələrini ziyarət edib başsağlığı verdik, yerli əhali ilə ünsiyyətdə olduq".

Yenisabah.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib. O qeyd edib ki, insanlarımızda vətənpərvərlik hissi, ordumuzda mənəvi-psixoloji hazırlıq, döyüş əzmi çox yüksəkdir:

"Müşahidələrə əsasən, bildirim ki, orduda xidmət etməyə yaşı çatan hər bir kəs Ali Baş Komandanın əmri ilə hər an vətən uğrunda mübarizə aparmağa hazırdır. Bu da Xalq-Ordu birliyinin sarsılmaz, həqiqi vətənpərvərlik hissinin yüksək olduğunun göstəricisidir. pizza hut

Tovuz və Ağstafa rayonlarında insanlarla söhbətlərimiz zamanı onlar şəhidlərimizi fəxrlə anaraq heç bir halda doğma yurdlarını tərk etməyəcəklərini, ordumuza dəstək olub şücaətlə mübarizə aparacaqlarını bildirdilər. Əsl vətənpərvərlik də budur! Daim vətən üçün çalışmaq, daim vətən uğrunda mübarizə aparmaq və daim birlik nümayiş etdirmək!".

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!