Cəbhədə gərginlik: Atəşkəs 26 dəfə pozuldu

saytların hazırlanması

Evə çatdırılma

Cəbhədə gərginlik: Atəşkəs 26 dəfə pozuldu

Siyasət

22 İyun 2020 10:06 641


Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub.

Müdafiə Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, Ermənistan Respublikası Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Xocavənd rayonunun işğal altında olan Kuropatkino, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!