Cəbhədə təxribat: magistiral yol bağlandı

saytların hazırlanması

Evə çatdırılma

Cəbhədə təxribat: magistiral yol bağlandı

Rəsmi

05 Aprel 2020 11:14 1293


Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düşmən tərəfinin təxribatları davam edir.  

“Yeni Sabah” xəbər verir ki, Dövlət Sərhəd Xidmatinin yaydığı məlumata görə, 04 aprel tarixində saat 22:20-dən 23:05-dək Qazax rayonunun Abbasbəyli kəndi, habelə Fərəhli və Məzəm kəndlərinə gedən magistral yolda hərəkət edən hərbi və mülki nəqliyyat vasitələri ER-nın İcevan rayonunun Berkaber kəndi yaxınlığında yerləşən  Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən iri çaplı pulemyotlardan və snayper silahlarından intensiv atəşə tutulub. 

Bu səbəbdən həmin magistral yolda hərəkətə məhdudiyyət tətbiq edilib. pizza hut

Düşmən təxribatının qarşısı alınıb, Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub, nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!