Cəbhədə yenə sakitlik pozuldu: Ermənilər PUA-dan istifadə etdi

saytların hazırlanması

Evə çatdırılma

Cəbhədə yenə sakitlik pozuldu: Ermənilər PUA-dan istifadə etdi

Hadisə

18 May 2023 09:18 4889


Mayın 18-i saat 07:15 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən bir neçə mövqeyinə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən döyüş PUA-ları tətbiq edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Yeni Sabah”a bildirilib ki, əraziyə baxış keçirilərkən ermənilərin PUA-lar vasitəsilə atdığı kustar üsulla hazırlanmış əldəqayırma mərmilərin qalıqları aşkar olunub.

Azərbaycan Ordusunun bölmələri itki verməyib, cavab tədbirləri görülür. Dördpendirli pizza

Bildiririk ki, bölgədə yaranan gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!