Cəbrayıl polisi Bakıda əməliyyat keçirdi: Qardaşlar 4 kq narkotiklə tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Cəbrayıl polisi Bakıda əməliyyat keçirdi: Qardaşlar 4 kq narkotiklə tutuldu

Hadisə

18 Yanvar 2021 10:41 973


Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı sakinləri olan iki qardaş saxlanılıb. Onların olduğu avtomobildən 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Cəbrayıl RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonu Biləcəri qəsəbə sakinləri Elnur Möhbəliyev və qardaşı Əzim Moqbaliyev sonuncunun idarə etdiyi “Opel “ markalı avtomobildə saxlanılıblar. Polis şöbəsində həmin avtomobilə keçirilən baxış zamanı yük yerindən 3 ədəd polietilen bağlamada ümumi çəkisi 4 kiloqram 100 qram olan narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!