Cəbrayılda minatəmizləmə zamanı partlayış olub, xəsarət alan var.
Bu barədə "Yeni Sabah"a DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib.
Belə ki, avqustun 25-də saat 10 radələrində Cəbrayıl rayonu Hüseynalılar kəndi ərazisində minatəmizləmə işləri aparılarkən mərmi alışdırıcısının partlaması barədə polisə məlumat daxil olub. pizza
Hadisə nəticəsində 1999-cü il təvəllüdlü Həbib Qasımov əlindən xəsarət alıb. O xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız