Cəbrayılda minaya düşən polkovnikin vəziyyəti necədir?

saytların hazırlanması

Evə çatdırılma

Cəbrayılda minaya düşən polkovnikin vəziyyəti necədir?

Maraqlı

27 İyul 2022 16:10 1174


Ötən gün Kəlbəcərdə minaya düşən Azərbaycan Ordusunun N saylı hərbi hissəsinin komandiri, polkovnik Vüqar İsbəndiyarovun son durumu açıqlanıb. 

"Report"un məlumatına görə, Gəncədə hospitala yerləşdirilən zabitin sol ayağı amputasiya edilib, sağ ayağında isə çox saylı qırıqlar var.

Bu gün V.İsbəndiyarovun sağ ayağı əməliyyat olunub. Polkovnikin bədəninin digər yerlərində qəlpə yarası yoxdur. Dominos pizza

Hazırda onun vəziyyəti stabildir.

V.İsbəndiyarovun vəziyyəti tam sabitləşəndən sonra Bakıya Silahlı Qüvvələrin Baş Klinik Hospitalına göndəriləcək.

Qeyd edək ki, V.İsbəndiyarov iyulun 26-sı axşam saatlarında Kəlbəcər rayonu ərazisində mina partlayışı nəticəsində xəsarət alıb.

Faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.12-ci (qəsdən adam öldürməyə cəhd, milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!