Cəbrayılda ov edən şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Cəbrayılda ov edən şəxs saxlanıldı

Maraqlı

28 Sentyabr 2022 11:33 843


Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayonun ərazisində qanunsuz ov edən şəxs aşkar olunub. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Cəbrayıl RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə Qubadlı rayon sakini Ş.Qəhrəmanov qanunsuz ov edərkən saxlanılıb. Həmin şəxsə məxsus 1 ədəd ov tüfəngi, 25 ədəd patron və ovladığı çöl quşları aşkar edilərək götürülüb.

Faktla bağlı Cəbrayıl RPŞ-də araşdırma aparılır. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!