Cəbrayılda partlayış zamanı yaralananların son durumu açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Cəbrayılda partlayış zamanı yaralananların son durumu açıqlandı

Hadisə

24 İyun 2024 18:12 615


İşğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində 2024-cü il iyunun 21-də sursat partlayışı hadisəsində yaralanan şəxslərin son durumu açıqlanıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən və müxtəlif növ bədən xəsarətləri alan şəxslərdən üç nəfəri ambulator müalicə üçün evə buraxılıb. Dördpendirli pizza

Qeyd edək ki, 2024-cü il iyunun 21-də Cəbrayıl rayonu ərazisində ANAMA tərəfindən icra edilən minatəmizləmə prosesi zamanı baş verən partlayış nəticəsində agentliyin əməkdaşı, 1980-ci il təvəllüdlü Raqif Deputat oğlu İsayev həyatını itirib. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan əməkdaşlar rayon xəstəxanasına təxliyə edilmişdilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!