Cəbrayılda Şərq çinarları əkilib -   Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Cəbrayılda Şərq çinarları əkilib - Fotolar

Hadisə

14 Dekabr 2020 11:32 641


Növbəti ağacəkmə Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər Nazirliklərinin əməkdaşlarının iştirakı ilə Cəbrayıl şəhəri ərazisində keçirilib. 

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Mehman Səfərov Yenisabah.az-a bildirib ki, keçirilən ağacəkmə tədbirində karantin rejiminin tələblərinə əməl olunmaqla Şərq çinarları əkilib. 

“Qeyd edim ki, payız ağacəkmə kampaniyası çərçivəsində işğaldan azad olunmuş Füzuli, Ağdam, Zəngilan və Qubadlı rayonlarının ərazilərində də ağacəkmə tədbirləri keçirilib, yerli şəraitə uyğun müxtəlif cinsli ağaclar əkilib və meşəcinsli ağac toxumları səpilib. Respublikanın bütün bölgələrində  əkin-bərpa  işləri davam edir”. pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!