Cəbrayılda xidmət edən hərbçilərə bağlamalar çatdırılıb

saytların hazırlanması

Evə çatdırılma

Cəbrayılda xidmət edən hərbçilərə bağlamalar çatdırılıb

Hadisə

22 Dekabr 2020 17:16 712


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu və “Bravo” supermarketlər şəbəkəsi işğaldan azad olunmuş ərazilərdə xidmət edən hərbi qulluqçularımız üçün dəstək aksiyasını davam etdirir.

Yenisabah.az xəbər verir ki, aksiya çərçivəsində bu gün Cəbrayıl rayonunun işğaldan azad olunmuş ərazilərində hərbi xidmətinin davam etdirən əsgər və zabit heyəti üçün müxtəlif qida məhsulları, fərdi qulluq və gigiyenik ləvazimatlardan ibarət bağlamalar çatdırılıb.

Hərbi hissədə xidmət edənlərin əksəriyyəti Füzulidən Şuşaya qədər döyüşlərdə iştirak edən hərbçilərdir. Onların arasında könüllülər də var. Marqarita pizza

“Bravo”nun əməkdaşları bağlamaları hərbçilərə çatdırıb, həmçinin onların istəklərini qeydə alıblar.

Hərbçilər onlara göstərilən diqqət və qayğıya görə Birinci vitse-prezident Mehriban Əliyevaya, Heydər Əliyev Fonduna və “Bravo” supermarketlər şəbəkəsinə minnətdarlıqlarını bildiriblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!