Cəbrayılda yanğın: Əraziyə helikopter cəlb edildi - Video

saytların hazırlanması

Evə çatdırılma

Cəbrayılda yanğın: Əraziyə helikopter cəlb edildi - Video

Hadisə

26 İyun 2021 17:46 1057


Cəbrayıl rayonunda yanğın hadisəsi olub.

Bu barədə Yenisabah.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə rayon ərazisində yerləşən Güllücə aşırımında quru ot və kol-kos yanması barədə məlumat daxil olub. Marqarita pizza

Ərazinin düşmən tərəfindən minalandığını və buna görə də yanğının yerdən söndürülməsinin təhlükəsini nəzərə alaraq, yanğınla mübarizə məqsədilə FHN-in Aviasiya dəstəsinin 1 ədəd helikopteri cəlb olunub.

Görülmüş operativ tədbirlərlə yanğının genişlənərək yaxınlıqdakı sıx meşə zolağına keçməsinin qarşısı alınaraq söndürülməsi təmin edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!