Çeçenistan hökumətindən Azərbaycana dəstək

saytların hazırlanması

Evə çatdırılma

Çeçenistan hökumətindən Azərbaycana dəstək

Dünya

01 Oktyabr 2020 10:25 13970


Çeçenistan Respublikasının Səhiyyə naziri Elxan Süleymanov  işğal altındakı torpaqlarımızın azadlığı uğrunda aparılan savaşla bağlı Azərbaycana dəstəyini nümayiş etdirib.

“Yeni Sabah” xəbər verir ki, Çeçenistan hökumətinin üzvü öz “İnstaqram” səhifəsində ölkəmizin haqq işini dəstəkləyən  post yazıb.

“Ədalət qalib gələcək! Çiçəklən, Azərbaycan!” cümlələrini yazan nazirin postunu bəziləri istisna olmaqla əksər Çeçenistan və Rusiya sakinləri bəyənib. Bir sıra çeçenlər öz şərhlərində 1990-cı illərdə Çeçenistanda Rusiya ilə ağır müharibə illərində Azərbaycanın, Bakının çeçen qaçqınlara necə qayğı ilə qucaq açmasından bəhs edib. pizza hut

“Doğulduğum və böyüdüyüm, uşaqlığımı və gəncliyimi keçdiyim Azərbaycan! Sayəsində mənim mən olduğum ölkə (axı insanın mahiyyətini məhz tərbiyə və təhsil müəyyənləşdirir) çətin anları yaşayır. Münaqişənin əvvəlindən ailəmlə birlikdə ölkə sakinlərinin torpaq itkisinə, doğma ocaqlarını bir anda  itirən yüz minlərlə qaçqının əzab-əziyyətlərinə acıdıq. Bu, ümumi ağrımızdır və indi də belədir. Və bu gün məmləkətimə və ölkəmə dəstək sözlərimi ifadə etmək istəyirəm! Ədalət qalib gələcək! Çiçəklən, Azərbaycan !!! " – Çeçenistan naziri belə yazıb.

Xatırladaq ki, Elxan Süleymanov azərbaycanlıdır.

Qısa arayış: Elxan Abdulla oğlu  Süleymanov 1974-cü ildə Bakıda anadan olub. Əslən Qusar rayonunun Həzrə kəndindəndir. ATU-nu fərqlənmə diplomu ilə bitirib. Ali təhsilini bitirdikdən sonra Bakı Onkoloji Elmi Mərkəzində işləyib. Sonra işini Moskvada davam etdirib. Çeçenistan Respublikasının rəhbəri  Ramzan Kadırovun dəvəti ilə Çeçenistana gəlib və Qroznı Onkoloji Dispanserinin rəhbəri işləməyə başlayıb. 28 aprel 2016-cı il tarixində Çeçenistan Respublikasının səhiyyə naziri təyin edilib. /Moderator.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!