Ceffri Epşteyinin varisi qurbanlara kompensasiya ödəyəcək

saytların hazırlanması

Evə çatdırılma

Ceffri Epşteyinin varisi qurbanlara kompensasiya ödəyəcək

Dünya

20 Fevral 2026 09:40 279


Maliyyəçi Ceffri Epşteyinin hüquqi varisi və onun iki keçmiş əməkdaşı istismar qurbanı olduqlarını bildirən təxminən 40 nəfərə kompensasiya ödəməyə razılaşıb.

"Yeni Sabah" Bloomberg-ə istnadla xəbər verir ki, tərəflər hələ həllini tapmamış məhkəmə iddialarının bağlanması üçün 35 milyon dollara qədər vəsait ödəməyi qəbul ediblər.

Bu məbləğ daha əvvəl Epşteyin Qurbanlarının Kompensasiya Proqramı çərçivəsində 136 iddiaçıya ödənilmiş 121 milyon dollardan sonra həyata keçiriləcək əlavə ödənişdir. Dominos pizza

Fevralın 15-də ABŞ Ədliyyə Nazirliyi Epşteyin işi ilə bağlı sənədlərin açıqlanması prosesini başa çatdırıb. Baş prokuror istintaq materiallarında adları çəkilən 300-ə yaxın tanınmış şəxsin siyahısını təqdim edib. Nazirlik siyahıya daxil edilmənin ittiham irəli sürülməsi və ya qanun pozuntusunun sübuta yetirilməsi anlamına gəlmədiyini xüsusi vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!