“Cəhənnəm olsun, getsin!” – Kılıçdaroğluna belə söz deyən olmamışdı +   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

“Cəhənnəm olsun, getsin!” – Kılıçdaroğluna belə söz deyən olmamışdı + VİDEO

Siyasət

28 İyun 2025 21:20 536


Qardaş ölkə Türkiyədə 85 yaşlı bir qadının Kamal Kılıçdaroğluna qarşı dediyi sözlər gündəm olub.

Yenisabah.az xəbər verir ki, Halk TV-də yayımlanan küçə reportajında danışan nənə Kılıçdaroğluna görə çox əsəbləşdiyini açıq şəkildə deyib.

“Kılıçdaroğluna əsəbləşirəm, cəhənnəm olsun, getsin o!” – deyə danışan qadının bu sözləri ətrafdakı insanlar tərəfindən alqışlarla qarşılanıb. Marqarita pizza

Sosial şəbəkələrdə geniş yayılan görüntülər qısa müddətdə müzakirələrə səbəb olub. Bir çoxları qadının cəsarətini təqdir etsə də, bəziləri bu yaşda bir şəxsin belə sərt danışmasına təəccüb etdiklərini bildirib.

Xatırladaq ki, Kamal Kılıçdaroğlu uzun illər Türkiyədə müxalifət lideri olub, lakin son prezident seçkilərindən sonra partiya rəhbərliyindən uzaqlaşıb.

Əsmətxanım Rzazadə

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!