"Çelsi" heyətinə yeni oyunçu cəlb edir.
Yenisabah.az xəbər verir ki, London klubu "Boka Xuniors"dan Aron Anselminonun transferini tezliklə açıqlayacaq.
Bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb. 19 yaşlı argentinalı müdafiəçinin bazar ertəsi "Çelsi" üçün tibbi müayinədən keçdikdən sonra müqavilə imzalaması gözlənilir. pizza hut
Bu transfer üçün "Çelsi"nin qarşı tərəfə 20 milyon dollar ödəyəcəyi bildirilib.
Aron Anselmino 2023 cü ildən "Boka Xuniors"da oynayırdı. O, son mövsüm Argentina klubunda 5 oyuna çıxıb və 1 qol vurub.
Telegram kanalımız