Cəlilabad-Biləsuvar yolu qəzalı vəziyyətdə - Foto

saytların hazırlanması

Evə çatdırılma

Cəlilabad-Biləsuvar yolu qəzalı vəziyyətdə - Foto

Sosial

22 Noyabr 2025 12:57 588


Köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad və Biləsuvar rayonlarından keçən hissəsi qəzalı vəziyyətə düşüb.

"Yeni Sabah" report-a istinadla xəbər verir ki, illərdir ki, təmir olunmayan sözügedən yol sürücüləri təhlükə ilə üz-üzə qoyur.

"Hər gün bu yoldan istifadə edirik. Yol bərbad olduğuna görə, demək olar ki, hər gün burda qəzalar olur. Hərdən yolun bəzi hissələrində təmir işləri aparılır. Ancaq bu işlər kifayət deyil. Yolda əmələ gələn iri çatlar və çalalar problemi daha da artırır. Bu yol yenidən salınmalıdır. Belə vəziyyət avtomobillərin də tez-tez sıradan çıxmasına səbəb olur. Aidiyyəti qurumlardan kömək olmalarını xahiş edirik", - deyə sakinlər vurğulayıblar. Dominos pizza

Sözügedən problemlə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli "Report"un Muğan bürosuna bildirib ki, qeyd olunan yolun artıq 32-103 və 217-243-cü km-lik hissələri yenidən qurularaq istifadəyə verilib:

"Qalan 103-217-ci km-lik hissə üzrə təkliflər hazırlanaraq aidiyyəti üzrə göndərilib. Maliyyə vəsaiti ayrılan kimi sözügedən hissənin də tərəfimizdən yenidən qurulması həyata keçiriləcək".


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!