Cəlilabad sakini qonşusunu güllələdi

saytların hazırlanması

Evə çatdırılma

Cəlilabad sakini qonşusunu güllələdi

Kriminal

15 Dekabr 2021 13:12 557


Cəlilabad sakini ehtiyatsızlıqda qonşusunu güllələyib. 

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Cəlilabad Rayon Polis Şöbəsinə dekabrın 14-də Günəşli kəndində yaşayan C.Allahverənovun evinin həyətində ov tüfəngini təmizləyərkən ehtiyatsız davrandığından açılmış atəş nəticəsində qonşusu F.Məmmədovun ayaq nahiyəsinə xəsarət yetirməsi barədə məlumat daxil olub. Pepperoni pizza

Polis əməkdaşları tərəfindən dərhal müvafiq tədbirlər həyata keçirilən və hadisə yerindən 1 ədəd qanunsuz saxlanılan “İJ-58” markalı ov tüfəngi götürülüb.

F.Məmmədova xəstəxanada ilkin tibbi yardım göstərilib.

Araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!