Cəlilabad sakini tava ilə polisə xəsarət yetirdi

saytların hazırlanması

Evə çatdırılma

Cəlilabad sakini tava ilə polisə xəsarət yetirdi

Hadisə

20 Dekabr 2021 12:35 712


Dekabrın 19-da DİN-in “102 Zəng Mərkəzi”nə zəng edən Cəlilabad şəhər sakini F.Quliyev yaşadığı evdə atası, əvvəllər məhkum olunmuş Faiqin sərxoş vəziyyətdə münaqişə yaratdığını və onları öldürməklə hədələdiyini bildirib. 

DİN-dən Yenisabah.az-a verilən məlumata görə, dərhal Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları həmin ünvana gəlib. F.Quliyev nizam-intizama dəvət olunub, lakin o, polis əməkdaşlarını təhqir edib və qaz sobasının üzərindən götürdüyü dəmir tava ilə polis əməkdaşlarından birinə xəsarət yetirib. F.Quliyev saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə (Xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) cinayət işi başlanıb. pizza

Xəsarət almış polis əməkdaşına xəstəxanada ilkin tibbi yardım göstərilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!