Cəlilabad sakininində külli miqdarda narkotik vasitə aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Cəlilabad sakininində külli miqdarda narkotik vasitə aşkarlandı

Kriminal

16 Aprel 2020 13:24 1088


Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi çəkisi dörd kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə aşkarlanaraq, qanunsuz dövriyyədən çıxarılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Cəlilabad RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini Qüdrət Həsənov rayonun Alar kəndi ərazisində idarə etdiyi “VAZ 21014” markalı avtomobillə saxlanılıb.

Onun idarə etdiyi avtomobilə özünün iştirakı ilə keçirilən baxış zamanı ön oturacağın alt hissəsindən polietilen torbada üç bağlamada ümumi çəkisi 3 kiloqram 340 qram narkotik vasitə heroin, bir bağlamada çəkisi 800 qram olan psixotrop maddə metamfetamin, həmçinin avtomobilin arxa oturacağının üzərindəki gödəkçənin cibindən bir ədəd elektroşok aparatı və bir ədəd gümüşü metaldan olan kəsici alət aşkarlanaraq götürülüb. Toyuqlu pizza

Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!