Cəlilabad sakinlərində qanunsuz odlu silahlar aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Cəlilabad sakinlərində qanunsuz odlu silahlar aşkarlandı

Kriminal

17 Dekabr 2021 20:59 740


Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı rayonun Günəşli kənd sakinləri S.Hüseynov və S.Məmmədovdan qanunsuz olaraq saxladıqları “İJ” markalı ov tüfəngləri aşkar edilərək götürülüb.

Həmin silahlar aidiyyəti üzrə təhvil verilib. pizza mizza

Faktlar üzrə Cəlilabad RPŞ-də müvafiq araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!