Cəlilabadda avtomobildə 3 kiloqram narkotik aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Cəlilabadda avtomobildə 3 kiloqram narkotik aşkarlandı

Kriminal

07 Sentyabr 2020 11:30 1318


Cəlilabadda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanıldı.

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilir ki, Masallı şəhər sakinləri R.Ramazanov və A.Bəşirov sonuncunun idarə etdiyi “Vaz-21014” markalı avtomobildə Cəlilabad rayonu ərazisində saxlanılaraq Rayon Polis Şöbəsinə gətiriliblər.  Pepperoni pizza

Qeyd olunur ki, onların olduğu avtomobilə keçirilən baxış zamanı ön sərnişin oturacağının alt hissəsində bir ədəd bağlamada çəkisi 1 kiloqram 320 qram narkotik vasitə heroin, iki ədəd qabda ümumi çəkisi 1 kiloqram 680 qram psixatrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

R.Ramazanovun həmin narkotik vasitə və psixatrop maddəni İran vətəndaşı Şirzad adlı şəxs vasitəsilə əldə etdiyi və Ələt-Astara avtomobil yolunun kənarında əvvəlcədən gizlədilmiş yerdən götürdüyü müəyyən edilib.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!