Cəlilabadda doğuş zamanı ölüm: TƏBİB araşdırdı

saytların hazırlanması

Evə çatdırılma

Cəlilabadda doğuş zamanı ölüm: TƏBİB araşdırdı

Hadisə

21 Mart 2025 12:38 360


TƏBİB Cəlilabad rayonunda evdə doğuş edən qadının vəfatı ilə bağlı açıqlama verib.

Yenisabah.az xəbər verir ki, martın 8-də saat 20:00 radələrində 1999-cu il təvəllüdlü qadın evdə doğuş etdikdən sonra Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Doğum və ginekologiya şöbəsinə daxil olub.

“Zahı qadın şöbəyə gətirilən zaman ümumi vəziyyəti kafi, huşu aydın olub. Uşaqlıq yolunun müayinəsində 2 ədəd kapsullaşmış kista aşkar edilib. Doğuş yollarında patologiya aşkar edilməyib”. pizza sifarişi

Saat 00:00 radələrində qadının ümumi vəziyyəti kəskin ağırlaşdığı üçün Reanimasiya şöbəsinə köçürülüb.

“Bütün reanimasiyon tədbirlərə baxmayaraq, martın 20-si saat 17:30 radələrində ölüm faktı qeydə alınıb”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!